Satılır 2 otaqlı yeni tikili 61 m², 28 May m.
💎 ŞƏRQ BAZARININ TAM YANINDA – ARMONİ RESIDENCE YAŞAYIŞ KOMPLEKSİNDƏ PRESTİJLİ MƏNZİL SATILIR!
Nərimanov rayonunun ən əlverişli və prestijli ərazilərindən birində, Şərq Bazarının və Təhsil Nazirliyinin yaxınlığında yerləşən Armoni Residence yaşayış kompleksində yüksək səviyyədə təmir olunmuş mənzil satışa təqdim olunur.
🏠 Mənzil haqqında:
Ümumi sahə: 61 m²
Otaq sayı: 2 otaq (studio tipli)
Mərtəbə: 16/17
Sənəd: Çıxarış (Kupça)
İpotekaya yararlıdır
Tam əşyalı satılır
İstilik sistemi: Kombi
✨ Mənzil satış üçün deyil, şəxsi yaşayış məqsədilə yüksək keyfiyyətli materiallardan istifadə olunaraq təmir edilib. Cəmi bir il istifadə olunub və hazırda ideal vəziyyətdədir. Bütün mebel və məişət texnikası mənzildə qalır (2 televizor istisna olmaqla). Əlavə xərc çəkmədən birbaşa köçüb yaşamaq mümkündür.
🏢 Kompleksin üstünlükləri:
Geniş və tam qapalı həyət
7/24 mühafizə və təhlükəsizlik sistemi
2 mərtəbəli yeraltı parking
Uşaqlar üçün oyun meydançası
Mərmər örtüklü, geniş və səliqəli bloklar
Daimi qaz, su və işıq
Aylıq komendant haqqı cəmi 20 AZN
📍 Yerləşmə baxımından çox əlverişli ərazidədir. Şərq Bazarı kompleksin tam yaxınlığında yerləşir. 28 May metrostansiyasına piyada təxminən 5-6 dəqiqəlik məsafədədir. Ətrafında marketlər, mağazalar, restoranlar və gündəlik tələbat üçün lazım olan bütün infrastruktur mövcuddur.
Mənzilin qeydiyyatında heç kim yoxdur. Həm rahat yaşayış, həm də gəlirli kirayə investisiyası üçün ideal seçimdir.
💰 Qiymət: 245.000 AZN
Ətraflı məlumat və mənzilə baxış üçün əlaqə saxlaya bilərsiniz.
Ofis haqqı: 1% (alıcı tərəfindən ödənilir).